Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:
						Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:
 – Ay Molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək
 istəyirəm.
 Molla deyir:
 – Ay filankəs, vallah verərdim, amma mənim eşşəyimin rəngi qaradı.
 Kişi deyir:
 – Nə olsun rəngi qaradı?
 Molla deyir:
 – O olsun ki, verə bilmərəm də...
 Kişi deyir:
 – Vermirsən, vermə! Amma qaralıgın buna heç dəxli yoxdur.
 Molla deyir:
 – Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var.
Tarix: 02.06.2013 / 17:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Azeri Letifeler
loading...