Bir gün Mollanın kəndlilərindən ikisi bazardan gəlirmiş.
Bir gün Mollanın kəndlilərindən ikisi bazardan gəlirmiş. Yolda
bunlardan biri deyir:
– Ay Allah, əyər varsansa, mənə min dənə qoyun yetir.
İkinci də deyir:
– Ay Allah, varsansa, mənə də min dənə canavar ver, buraxım bunun
qoyunlarını yesin.
Kəndlilərin sözləri çəp gəlir, savaşırlar. Bu halda Molla gəlib çatır.
Mübahisənin səbəbini bildikdən sonra, bıçağını çıxardıb, eşşəyin üstündə
evə apardıüı doşab tuluğunu yırtıb doşabı yerə tökür ki:
– Əyər sizdə bircə zərrə ağıl varsa, qoy bu tuluq kimi mənim qarnım
cırılsın.
Tarix: 01.06.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Azeri Letifeler
loading...