Hələ uşaq
Hələ uşaq vaxtlarından anası Mollanı qaytan toxumaq sənətinə
qoyur. Molla iki il tamam gedib-gəlir, amma heç bir şey öyrənə bilmir.
Bir gün anası iş üstünə gedir ki, görsün oğlu bir şey öyrənib ya yox.
Oülundan soruşur:
– Ogul, öyrənibsənmi?
Nəsrəddin deyir:
– Öyrənmişəm.
Anası sevincək soruşur:
– Nə öyrənmisən?
Nəsrəddin deyir:
– Öyrənmişəm ki, qaytanı ipək sapdan toxuyarlar.
Anası deyir:
– Elə bu?..
Nəsrəddin deyir:
– Daha nə qalıb ki?.. Fikir eləmə! Qalan-qulanını da bir-iki günə
öyrənərəm.
Tarix: 02.06.2013 / 17:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Azeri Letifeler
loading...