Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir qış gecəsində tülkü

Bir qış gecəsində tülkü Mollanın toyuğunu aparır. Molla tülkünün
dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. Dönüb yavaş-yavaş
iməkləyə-iməkləyə qonşunun hininə girib, toyuqlardan birini dişinə
alır, başlayır dörd ayaqlı qaçmağa. Toyuq çırpınıb qışqırır. Molla hinə
girəndə, sən demə, qonşu da həyətdə imiş. Tez Mollanı tutur ki:
– Ay Molla, nə qayırırsan?
Molla heç halını pozmayıb deyir:
– Narahat olma, qonşu! Elə bir şey yoxdu. Tülkü olmuşam, toyuğumun
əvəzini aparıram.


Tarix: 01.06.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Azeri Letifeler
loading...