Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün bir cavan oğlan Mollanın yanına gəlib deyir:

Bir gün bir cavan oğlan Mollanın yanına gəlib deyir:
– Molla əmi, mənim üçün bir məktub yaz.
Molla soruşur:
– Nə məktub?
Cavan deyir:
– Atama göndərəcəyəm.
Molla soruşur:
– Atan haradadı?
Cavan deyir:
– Bağdadda.
Molla deyir:
– Bağışla, bala, vallah işim çoxdu, gedə bilməyəcəyəm.
Cavan deyir:
– Hara, Molla?
Molla deyir:
– Bağdada.
Cavan deyir:
– Sən niyə gedirsən ki?.. Sənin getməyin lazım deyil.
Molla deyir:
– Yox, sən bilmirsən, lazımdı. Mənim yazdıüım məktubu özümdən
başqa heç kəs oxuya bilməz. Məktubu yazdım, gərək oxumaq
üçün də özüm gedəm. Odu ki, indi vaxtım yoxdu, gedə bilmərəm.


Tarix: 01.06.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Azeri Letifeler
loading...