Bir gün yaz vaxtı Molla bir neçə yoldaşı ilə birlikdə kəndlərin birinə
gəzməyə gedir Baxır ki, sərin bulaqlar, yaşıl təpələr, axar sular,
bir sözlə, gül-gülü çağırır, bülbül-bülbülü. Bir baxan deyir bir də baxım.
Yoldaşlar bu qərara gəlirlər ki, bir həftə burada qalıb keyfə baxsınlar.
Hərə boynuna bir şey götürür. Biri deyir:
– Bu bir həftənin çörəyi mənim boynuma.
Bir başqası deyir:
– Əti də mənim boynuma.
Üçüncüsü deyir:
– Şirniyyatı da mənim boynuma.
Qərəz, bu növ ilə bölüşürlər. Növbə çatır Mollaya. Hamı baxır
onun üzünə ki, görək bu, öz boynuna nə götürəcək. Molla bir ah çəkib
deyir:
– Sizin bu qonaqlıgınız bir həftə deyil, lap bir il də çəksə, sizdən
ayrılsam, dünyada nə qədər pis ad var, hamısı mənim boynuma.
Tarix: 02.06.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Azeri Letifeler