Mollanın iki buzovu var imiş.
Mollanın iki buzovu var imiş. Buzovların ikisinin də burunlarının
yellənmiş vaxtı olduğu üçün, qaçmasınlar deyə, Molla onların hər
ikisini möhkəm-möhkəm bir ağaca bağlamış imiş. Bir dəfə, necə
olursa, buzovlardan biri ipini qırıb qaçır. Molla tez bir ağac götürüb
düşür ikinci buzovun üstünə, vur ki vurasan. Qonşulardan biri soruşur:
– Ay Molla, o yazıq nə günahın sahibidi? Qaçana əlin çatmır, qalanı
niyə döyürsən?
Molla deyir:
– Siz bunu tanımırsınız. Bilmirsiniz bu nə haramzadadı. Bu heç
ondan geri qalan deyil. Yəqin bilin, əgər bu qırılsa idi, ondan da bərk
qaçardı.
Tarix: 02.06.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Azeri Letifeler
loading...