Molla bir gün bağların birinə girib bir ağaca çıxır. Meyvədən yeməyə
başlayır. Bir də baxır ki, bağ yiyəsi gəlir. Molla düşüb qaçmaq
istəyir. Görür yox, bağ yiyəsi yaxınlaşıb. Əgər düşsə, tutulacaq, ondan
sonra gəl kötəyə dayan, görüm necə dayanacaqsan? Hərçi badə-bad
deyib oturur budağın üstə, başlayır gözləməyə. Sən demə, bağ sahibi
onu uzaqdan görübmüş. Düz gəlir ağacın dibinə ki:
– Agacda nə qayırırsan a Molla?
Molla deyir:
– Qəribə adamsan ha... Görmürsən ki, bülbüləm, oxuyuram.
Bağ sahibi deyir:
– Bir oxu görüm, necə oxuyursan?
Molla əlacsız qalıb başlayır oxumağa. Bağ yiyəsi bir az qulaq
asandan sonra deyir:
– Bəli. Bağ yiyəsinin qorxusundan ürəyi tıppıldayan xam bülbül
belə oxuyar.
Tarix: 02.06.2013 / 17:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Azeri Letifeler