Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün bir məclisdə xörəkdən söhbət düşür.

Bir gün bir məclisdə xörəkdən söhbət düşür. Hərə öz sevdiyi xörək
haqqında danışır. Bir tərəfdə əyləşən Molla da söhbətə qarışıb deyir:
– Dünyada ən yeməli xörək halvadı. Ancaq, zəmanənin üzü qara
olsun, neçə vaxtdı elə ha əlləşirəm, bişitdirib yeyə bilmirəm.
Məclisdə olanlardan biri Mollanın sözünü eşidib deyir:
– Ay Molla, halva da bir çətin şey deyil ki... Bir az yağdı, bir az bal,
bir az da un, çaldır ye də!.
Molla deyir:
250
– Dildə demək asandı. Ancaq unun, yağın, balın üçünü də bir yerdə
görmək çox çətin şeydi. Yağ olanda un olmur, un olanda bal olmur...
Soruşurlar ki:
– Canım, niyə bu qədər vaxtda heç elə bir gün olmayıb ki, bu un,
yağ, bal üçü də bir yıüılsın?
Molla bir ah çəkib deyir:
– Mənim bəxtimə nə deyim? İş burasındadı ki, un, yağ, bal olanda
da mən olmuram.


Tarix: 01.06.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Azeri Letifeler
loading...