Günlərin birində Molla Nəsrəddin çox bərk xəstələnir. Arvadın
 hər yerdən əli üzülür, qonşularındakı həkimbaşının evinə gedib yalvarır
 ki:
 – Aman günüdü, həkimbaşı! Kişi bərk azarlayıb. Kasıb adamıq, bir
 sürü də uşaq. Nə olar, gəlib ona davadan-dərmandan eləyəsən, bəlkə
 sağala.
 Həkimbaşı "kasıb adamıq" sözünü eşidən kimi qaşqabağını salladıb
 deyir:
 – Yazıq kişiyə niyə əzab-əziyyət verirsən? Elə bil mən gəlib baxdım,
 dava-dərmanı nə ilə alacaqsan?
 Arvad kor-peşman evə qayıdıb əhvalatı Mollaya danışır. İş elə
 gətirir ki, Molla sağalır. Günün birində həkimbaşı küçədə çıxır Mollanın
 qabağına. Utanmaz-utanmaz deyir:
 – Molla, gərək məni bağışlayasan. O günü çox vacib işim oldu, sənin
 yanına gələ bilmədim.
 150
 Molla deyir:
 Bu nə sözdü həkimbaşı?! Mən elə səni axtarırdım ki, razıçılıq eləyəm.
 Sənin sayəndə mən sağalmışam.
 Həkimbaşı təəccüblə soruşur:
 – Balam, mənim sayəmdə niyə? Mən ki, səni müalicə eləməmişəm.
 Molla deyir:
 – Elə ona görə də mən sağalmışam da... Yoxsa, Allah göstərməsin,
 sənin o murdar nəfəsin bircə dəfə mənə dəysəydi, indi kim bilir, mən
 hansı qəbiristanda idim.
Tarix: 01.06.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Azeri Letifeler