Struxatlar
Struxatlar – Midiya tayfa ittifaqına daxil olan tayf.ardan biri.
Bu tayfa iliin tədqiqatlarda irandilli sayılmışdır. Halbuki, bu etnonimin sonundakı xat komponenti skiflərdə Avxat, müasir türk xalqlarında sarkat və b. tayfaların adlarında da vardır. Şübhəsiz ki, Herodot, ya da məlumatçısı bu adı təhrif etmişdir. Q. Qeybullayev qeyd edir ki, qədim yunan dilində ş, ç sözləri olmadığına görə, bu etnonim Şatarkat formasında səslənmiş ola bilər. Midiyada Şetar er. əv. 714-cü il, Albaniyada erkən orta əsrlərdə Şatar (Gəncə ilə Bərdə arasında, ), müasir Şatarlı toponimləri bu etnonimlə bağlıdır.
Tarix: 17.01.2015 / 15:55 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr
loading...