Həyatı
Nadir şah Avşarın ağıllı sərkərdələrindən və diplomatlarından biri olmusdur. Onun əsli Səfəvi və əfsar əmirlərindəndir. Mahmud şah əfqanın canisini Əşrəf sultan səltənətə sahib olduqdan sonra 1145-ci ildə (1732/33) osmanlılarla muharibə edərək məğlub oldu.
Sulh muqaviləsi bağlandıqda, onun nəticələrinə gorə Əşrəf sultan butun Azərbaycanı, Zəncan, Həmədan və Kirmanşahı osmanlıların ixtiyarına vermısdi.
İsfahan azad edildikdən və Şah Təhmasib taxta çıxdıqdan sonra onun tapşırığı ilə Rzaqulu xan Şamlı Osmanlı sarayına elçi göndərildi. Səfəvi hakimiyyətinin bərpa edilməsi, Osmanlı qoşunlarına üstün gəlmiş Əşrəfin məğlub edilməsi belə bir ümid yaratmışdı ki, Osmanlı sarayı ələ keçirdiyi Səfəvi torpaqlarını bəlkə dinc yolla geri qaytara bilsin. Amma Səfəvi elçisi İstanbula çatanda Osmanlı sarayının Əşrəfin vəziyyətindən xəbəri yox idi. Ona görə də onunla aydın və konkret danışıqlar aparılmadı. Mənbələr də Rzaqulu xan Şamlının nümayəndəliyinin konkret cavab ala bilmədiyini təsdiq edirlər. Amma bəzi araşdırmaçıların fikrincə, Rzaqulu xan Şamlıya Osmanlı sarayında işğal olunmuş Səfəvi torpaqlarının geri qaytarılmasına razılıq verildi. Amma bir şərtlə ki, Osmanlı sarayına lazımi təzminat verilsin.
Mənbələrdə yazılır ki, Nadir şah Əşrəf şahı Mehmandustda məğlub etdikdən sonra ozunun bacarıqlı sərkərdəsini, bu qələbənin istirakcısı Rzaqulu xan Samlunu həmin torpaqları osmanlılardan geri almaq ucun İstanbula gondərmis, o, bu barədə osmanlılarla danısıqlar aparmısdı. Cox cətin gedən müzakirə və danısıqlardan sonra osmanlılar isğal etdikləri səhərlərin butunluklə geri qaytarılması haqqında İran tərəfinin tələblərini rədd etmis, Rzaqulu xan isə məyus halda geri qayıtmısdı. Lakin sonralar məlum olduğu kimi, Nadir şah bu torpaqları geri almağa nail oldu.
Ailəsi
Rzaqulu xanın Məhəmmədqulu xan, Məhəmmədrza xan adlı oğlanları vardı.
Tarix: 14.01.2015 / 17:23 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr