Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Herat bəylərbəyi

Bu zaman özbəklərlə döyüşdə böyük şücaət və cəsurluq nümayiş etdirmiş şamlı tayfasının başçısı Hüseyn xan əvvəlki mühasirə zamanı ağır vəziyyətə salınmış, ərzaq cəhətdən korluq çəkən Heratın hakimi vəzifəsini tutmuşdu. Qızılbaş qoşunu Xorasanı tərk edən kimi, Übeydulla xan yenidən bura hücum etdi və Hüseyn xanın azsaylı qızılbaş dəstəsi ilə qoruduğu Heratı mühasirəyə aldı. Çuxa Sultan qızılbaş qoşununu Heratda mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırdı. Çuxa sultanın, onun özbəklərin əlinə düşməsini istədiyini yaxşı başa düşən Hüseyn xan Übeydulla xanla danışıqlara başladı. Ona maneəsiz olaraq öz dəstəsi ilə şəhəri tərk etməyə və Sistandan keçərək Şiraza geri çəkilməyə icazə verildi21. Hicr 937-ci il zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam mirzə Səfəvi ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi. Çuxa sultan Təkəli özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan xəbər tutdu.O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə Çuxa sultanın alaçığına yollandı. Çuxa sultan sığınacaq tapmaq ümidi ilə divanxanaya qaçdı. İş o yerə çatdı ki, vuruşma şah otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki ox şahın tacına dəydi. Həmin gecə şahı mühafizə edən, zülqədər tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və onlardan biri Çuxa sultanı ölümcül yaraladı.


Tarix: 14.01.2015 / 17:15 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...