Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiaksar

K i a k s a r Midiya çarı (er. əv. 625-584). Kiaksar Manna və Midiya ərazisinə arasıkəsilməz basqınlar və qarətçi – hərbi səfərlər keçirmiş təcavüzkar Assur çarlığına son qoymuş şəxsdir. Kiaksar şəxs adının əsl formasını bərpa etmək çətinlik yaratmışdır. Herodot fars məlumatçısından eşitdiyi adı qədim yunan dilinə uyğun surətdə yazmışdır. Er.əv. 519-cü ilə aid Bisutun qaya yazısında bu ad Huvaxştra Asur mənbələrində bir neçə midiyalının adında satar komponenti nəzərə çarpır: Satarpay, Satarpanu, Sataret və b. Ona görə də Kuvaksatar şəxs adındakı satar komponentinin türkcə şat – vəliəhd, şahzadə və ər – kişi, igid, döyüşçü sözlərindən ibarət olduğunu güman edilir . XVIII əsrdə Xivə xanlığının aid arxiv sənədlərində qaraqalpaqlarda 9 nəfər Sadır şəxs adı çəkilir. İ.M.Dyakonov və E.A.Qrantovski adlarda satar sözünü qədim fars mənşəli hşatra – hakimiyyət sözünün asurca yazılışı sayır və bunun əsasında Maday etnosunun Ari mənşəli (fars mənşəli) olduğunu yazırlar. Lakin yuxarıda deyilənlər bu fikrin yanlış olduğunu göstərmişdir. Orta Asiyada sak çarlarından biri Saksatar (bu adı er.əvvəl II əsr müəllifi Polien çəkir) şəxs adı məlumdur. Adın birinci komponenti Şərqi hun xaqanı Metenin oğlu Kiek (yazılışı çincədir, Kuyak, Kuvak kimi də oxuna bilər) və Çingiz xanın nəvəsi Quyuk xanın (1205- 1248) adlarında da vardır. Kiaksar (Huvaxştra) şəxs adının dəqiq mənasını müəyyən edilməmişdir. Əgər bu ad məhz Herodotun yazdığını kimi səslənmişsə, onu şumer dilində kiak – sevimli sözündən və Sar (Şar) – Aşur allahının adından ibarət olduğunu və (allahı) sevimlidir mənasını verdiyini ehtimal etmək olar. Belə halda Kiaksar Midiyada teofor adlardandır.


Tarix: 15.01.2015 / 19:24 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...