Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamaxı hadisələri

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən nədənsə onların Şamaxı şəhəri və Şamaxı qəzasında törətdikləri vəhşiliklərin ifşası hələ də diqqətdən kənardadır. Ermənilərin toplum halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə Azərbaycan kəndinin əhatəsindəki Şamaxı şəhərində ermənilərin azərbaycanlıların başına açdığı müsibətlərlə tanış olduqda dəhşətə gəlirik. Ancaq təkzibolunmaz faktdır ki, Bakıdan S.Şaumyan və J.Korqanovun köməyi ilə erməni daşnakları onlarca Azərbaycan kəndini tar-mar etmiş, on minlərlə günahsız əhalini qətlə yetirmişlər. Bu fakt bir də onu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox məharətlə bacarırlar. S.Şaumyan 1918-ci ilin aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotlarla təchiz olunmuş "yeni dəstələr" göndərdiyini etiraf edirdi.

Bu dəstələrə S.Şaumyanın yaxın silahdaşlarından olan Bakı və Şamaxı qırğınının əsas təşkilatçısı, xalqımızın qəddar düşmənlərindən biri daşnak S.Lalayev rəhbərlik etmişdir.


Tarix: 21.01.2015 / 17:41 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Azərbaycanlı sülalələr
loading...