Gilzayların qiyamı
Herat vilayətində abdali tayfası mühitində qarşıdurmalar davam edən müddətdə, ölkənin mərkəzində vəziyət köklü surətdə dəyişdi 1722-ci ildə qilzaylar İsfahanı və Səfəvi taxtını aldılar. Paytaxt süqut edəndən sonra şah Sultan Hüseynin oğullarından biri Təhmasib də özünü şah elan etdi və bütün narazıları öz ətrafında yığmağa başladı. O Mazandaranı öz əsas bazası etdi. Əfşar tayfasından olan gənc və çox enerjili sərkərdə Nadir ona qoşuldu. Qısa müddət ərzində 1726-cı ilin dekabrında Nadir Məşhədi tutdu. Buranın hakimi Məlik Mahmud Sistani əvvəlcə sürgün , sonra isə edam edildi.
Tarix: 21.01.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanlı sülalələr
loading...