Səfəvi-Osmanlı müharibəsi (1514-1555) — 1514-1555-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.
Tarixi
Müharibə Səfəvilər və Osmanlı imperiyaları arasında Çaldıran döyüşü ilə başlayıb 29 mart 1555-ci ildə Amasya sülh müqaviləsi ilə bitmişdir. Osmanlı sultanı I Süleyman və Səfəvi şahı I Təhmasib arasında əldə olunan sülh uzun sürmədi və 1578-ci ildə yeni müharibə (1590-cı il İstanbul sülhünədək) başlandı.
Müharibənin mərhələləri
1.1514-1516
2.1534-1555
Başlanma səbəbləri
Şah İsmayılın başçılığı altında yeni dövlət yaranması qonşu dövlətləri, xüsusilə Osmanlı İmperiyasını narahat etməyə başladı.Lakin II Bəyazid Səfəvilərə qarşı lazımi tədbir görmədi və 1504-cü ildə Səfəvilər İmperiyasını tanıdı. Bu da Şah İsmayılın Osmanlı İmperiyasına qarşı təzyiqlərini artırtdı. I Səlim taxta çıxdıqdan sonra isə vəziyyət tamamilə dəyişdi.
Tarix: 21.01.2015 / 14:04 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycanlı sülalələr