Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadirin abdalı tayfasına qarşı yürüşü

Məşhəd Nadirin əsas bazası və qərargahı, sonralar isə paytaxtı idi. Səfəvilərin Məşhəd rayonunda nominal, əslində isə özünün, hakimiyətini möhkəmləndirən Nadir, tabe əraziləri genişləndirməyə başladı. Məsələn 1727-ci ildə o kiçik Kain şəhərinin hakimini Təhmasibə tabe olmasına nail oldu. Növbədə abdali tayfası və onların əsas dayağı olan Heratın tabe edilməsi dururdu. Nadir anlayırdı ki abdaliyə qarşı yürüş bütün dövlətin taleyini həll etməlidir.

O İranda rus rezidenti olan S.Avramova deyirdi : “50 minlik əfqan abdaliyə qarşı gedirik, əgər qalib gəlsək, onda səni bir şahid kimi buraxacağıq, əgər məğlub olsaq onda bil ki, İran dövlətinin sonudur və özün öz taleyini həll et”[4] Bu sözlər, abdali tayfasının Nadirin qoşununu hətta darmadağın etməsi ehtimalının nə qədər güclü olmasını göstərir. Öz döyüş bacarığını onlar Səfəvilərlə 1716 – 1719-cu illər döyüşlərində göstərdilər. Heratdan 100 km qərbdə yerləşən Sanqan şəhəri civarında abdalinin 7 – 8 minlik korpusu ilə qarşılaşan Nadir şəxsən onların inadına şahid oldu. Nadirə tabe olmamaqlarına kömək etmək üçün 1727 –ci ildə abdali bu şəhərə yaxınlaşdı.

Nadir abdali tayfasının Sanqana yaxınlaşmasını gözləməyərək sanqanlıları məğlub etdi. Buna baxmayaraq abdalıilərlə döyüş dörd gün davam etdi. Nadir cəzairçi - tüfəngçilərini, onlara rəqibə sərrast atəş imkanı verən açıq səngərlərdə yerləşdirdi, özü isə 500 süvari ilə abdali tayfasının cinahlarına və arxasına, abdali qoşunu geri çəkilənə qədər ardıcıl zərbələr endirdi.[5]

Aldığı təcrübə Nadirə onun abdaliyə qarşı 1729-cu ildəki yürüşündə də ehtiyatlı olmağa sövq edirdi. O mayın 3-də Məşhəddən çıxdı.

Xarici təhlükə qarşısında abdali tayfası daxili qarşıdurmanı dayandırdılar. Heratda Allahyar oturdu, Fərəhdə Zülfiqar. Qoşunlar, on il əvvəl abdali tayfası Səfi qulu xanın qızılbaşlarının darmadağın etdikləri Kafir-Qalada qarşılaşdılar. Abdali tayfası qızılbaşları ilk sıxışdırsa da, güman ki Nadirin şəxsən süvarilərin hücumuna başçılıq etməsi vəziyəti dəyişdi. İki gün davam edən döyüşdə Nadir qalib gəldi. Abdalilər yaralıları, topları və sursatı ataraq Herata sığındılar. Lakin Allahyar Nadirlə bir dəfə də Rəbat-i- Periyyanda qarşılaşdılar. Abdali yenə məğlub oldu və Nadirlə sülh razılığına gedəcəkdilər, ama Zülfiqarın yaxınlaşması, onları ruhlandırdı. Allahyar Nadirin düşərgəsi olan Şəkibana şərqdən hücum etdi, Zülfiqar isə qərbdən. Belə çətin vəziyətdə Nadir çıxış yolu tapa bildi və qüvvələrini elə paylaşdırdı ki nəinki ikiqat zərbəyə dözə bildi, həm də sonda qalib gəldi.


Tarix: 21.01.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycanlı sülalələr
loading...