Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə öldürüldü. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mübarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana və Dağıstana hücumlar etdi. Sonuncu səfərdə Şeyx Heydər Dərbənd yaxınlarında Şirvanşah Fərrux Yasar və Ağqoyunluların birləşmiş qoşununa məğlub oldu və öldürüldü[1]. Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət, Şeyx İsmayıl tərəfindən davam etdirildi.
Tarix: 21.01.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanlı sülalələr