I Şah İsmayıl Əli bəy Rumlunu (Div sultanı) orduya əmir təyin edərək Gürcüstana göndərdi. Əli bəy bütün Gürcüstanı tabe etdi və şahın yanına döndü. Ancaq, İmeretiya çarı Mənuçöhr Osmanlıya müraciət etdi və osmanli əsgəriylə birlikdə Mesxiya çarı Davidi ölkədən qovdu. Bu səbəbdən Əli bəy yenidən Gürcüstana daxil oldu və gürcü və osmanlı əsgərlərini Dəbil yaxınlığında məğlub etdi. Bundan sonra bütün gürcü çarları Şah I İsmayılın yanına gələrək tabeçilik göstərdilər
Div sultan Rumlunun başçılığı ilə qızılbaşların üçüncü yürüşü hicri 927 (1521)-ci ilə təsadüf etmiş və Kaxetiya gürcü çarı Ləvənd xanın (Levanın-1520-1574) Şəki xanlığına basqını ilə əlaqədar olmuşdu.Şəki hakimi Həsən bəy kömək üçün Naxçıvanda qışlayan I Şah İsmayıla müraciət etdi. Div Sultan Qanıq (Alazan) və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi. Ləvənd xan günahını etiraf edərək Div sultanın hüzuruna gəldi. Gürcüstanın digər hökmdarları-Kvarkvare, Davud bəy və Mənuçöhr də bu cür hərəkət etdilər. Onlar Div Sultanla birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər. Burada gürcü çarları Səfəvilərə hər il vergi (bac-xırac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.
Tarix: 21.01.2015 / 13:05 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanlı sülalələr