1726-cı ildə istedadlı sərkərdə Nadir xan gənc şahzadə II Təhmasibin qulluğuna girdi. Təhmasib Nadir xanı baş komandan təyin etdi və o dövlətin birləşdirilməsi işinə başladı. Nadir Sistanı, Xorasanı tabe etdi və Herata uğurlu yürüş etdi.
Hadir xanın hərbi uğurları əfqan hakimi Mir Əşrəfi narahat etməyə başladı. 1729-cu ildə Mir Əşrəf 50 minlik qoşun başında İsfahandan şimala tərəf hərəkət etdi. 29 sentyabr 1729-ci ildə Damğan civarındakı döyüşdə Nadirin 25 minlik qoşunu, 12 min adamını itirən Mir Əşrəfin sayca üstün qüvvələrini məğlub etdi. Əfqanlar darmadağın edildi və İsfahana çəkildilər. Nadir xan onları təqib edərək noyabrın 29-da onları Murçexurt kəndi yanında ikinci dəfə məğlub etdi. Mir Əşrəh İsfahanı tərk etdi və Şiraza çəkildi. II Təhmasib İsfahana daxil oldu və taxta oturdu. Dekabrda Nadir xan, şahı paytaxtda qoyaraq, əfqanları tamamilə dağıtmaq üçün ordu ilə Farsa doğru hərəkət etdi. Şiraz yaxınlığındakı döyüşdə Mir Əşrəf tamamilə darmadağın olaraq, əvvəl Lara qaçdı, ordan da Bəlucistana. 1730-cu ilin əvvəlində Mir Əşrəf şah bəlucistanlı xanlardan biri tərəfindən öldürüldü
Tarix: 21.01.2015 / 16:03 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Azərbaycanlı sülalələr