Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Surxay xan. Nadirin Dağıstana birinci yürüşü

Şirvana və Qazıqumukun hakimi olan Surxay xan Nadirə tabe olmaqdan imtina etdi və 1734-cü ildə onun çaparını öldürdü[2]. Bununla əlaqədar Nadir qərara gəldi ki ilk növbədə Şirvan üzərinə getmək lazımdı və onun hakimini yekəxanalığına görə cəzalandırmaq lazımdı. Və o Kürün qırağında peyda olan kimi, Surxay xan Şamaxını tərk edib dağlara çəkildi. Nadir 1734-cü ildə Şamaxıya daxil oldu[3]. Qala divarları uçuruldu ki sonralar şəhər müqavimət göstərə bilməsin. Elə həmin məqsədlə şəhər əhalisi Axsu çayı ərazisinə köçürüldü, buradakı düzdə Kür çayından təxminən 30 km şimala yeni şəhər salındı[4]. Bu arada Surxay xan Şamaxıya gedərək, Şəki vilayətinin Qəbələ mahalında döyüşə hazırlaşırdı. Nadir ona qarşı 12 minlik qoşun göndərdi. Qoşunlar Dəvəbatan düzündə qarşılaşdılar. Burada baş verən döyüşdə üç günlük müqavimətə baxmayaraq dağlılar məğlub oldular[5]. Məğlub olaraq, Surxay xan Nadirin yaxınlaşdığı Qazıqumukun köməyinə getdi[6]. Surxay xan Göysu çayının üzərindəki körpünü uçuraraq əks tərəfdə möhkəmləndi. Atışma başladı. Nadir Qəni xan Abdalinin əfqan süvarilərinə Qoysu çayını keçməyi əmr etdi. Sahilin kəskin enişinə baxmayaraq Qəni xanın süvariləri tezliklə çayı keçdilər. Bunu görən Surxay xan Avarstana qaçdı[7]. Qoşun yığaraq, xəndək qazıb və uçurum üzərindəki körpünü uçuraraq, Surxay xan inadla Qazıkumuxu müdafiyə etdi, ama Nadirin üstün qüvvələrinə məğlub oldu. Surxay xan Avarstana qaçmağa məcbur oldu, Qazıqumux alındı və yağmalandı[8]. Qış yaxınlaşdığına görə Dağıstanda Nadirin çoxsaylı ordusu üçün hərbi əməliyatlar imkansızaşırdı, buna görə Nadir Şəkidən keçərək oktyabrdın ortasında Gəncəyə yaxınlaşdı[9]. Ordusu ilə Gəncəyə yaxınlaşan Nadir osmanlı qarnizonu olan şəhərin mühasirəsinə başladı[10].

Gəncənin mühasirəsi zamanı Car və Balakənin nümayəndəsi Nadirin yanına gəldilər və 20 gün ərzində onun yardımına öz süvarilərinin bir hissəsini göndərməyə boyun oldular. Lakin onlar yerinə yetirmədiklərinə görə, Nadir Ağdaş mahalında yerləşən qoşunun bir hissəsini göndərdi, Kaxetiya valisi Əli qulu xanın oğluna isə Gürcüstan tərəfdən Cara hərəkət etmək əmri verdi. Nadirin qoşunları qış şaxtasına görə Cara yaxın dura bilmədilər və mühasirəni qaldırdılar


Tarix: 21.01.2015 / 15:54 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Azərbaycanlı sülalələr
loading...