Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah İsmayıl Xətai - Ailəsi

Şah İsmayılın 5 həyat yoldaşı, 6 oğlu və 8 qızı olmuşdur.

Evlilikləri:

Taclı bəyim Şamlı (ö.1540) - Abdi bəy Şamlının qızı
Şahbəyim xanım Mosullu (ö. 1541, Şiraz) - Mahmud Bektaş bəy Mosullunun qızı
Xanbəyim xanım Mosullu (ö. 1547)
Behruzə xanım - Bağdad valisi Xüləfanın qızı
Şirvanşah II İbrahim Şeyxşahın qızı
Oğulları:

Təhmasib Mirzə - Şahbəyim xanımdan olan oğlu.
Əlqas Mirzə - Xanbəyim xanımdan olan oğlu.
Rüstəm Mirzə - 13 sentyabr 1517-ci ildə Marağada doğulmuşdur. Gənc yaşda vəfat etdi.
Sam Mirzə - Xanbəyim xanımdan olan oğlu.
Bəhram Mirzə - Şahbəyim xanımdan olan oğlu.
Hüseyn Mirzə - 11 dekabr 1520-ci ildə doğulmuşdur. Gənc yaşda vəfat etdi.
Qızları:

Fülanə bəyim - II Bəyazidin nəvəsi Şahzadə Murad ilə evlənmişdir.
Canış xanım (26 fevral 1507 - 2 mart 1533) - 1518-ci ildə Əmire Dibac Sultan Müzəffər ilə evlənmişdir.
Pərixan xanım (ö. 1536) - Şahbəyim xanımın qızı. 4 oktyabr 1524-cü ildə II Xəlilullahla evlənmiş, 1539-cu ildə Dərvişməhəmməd xanla evlənmişdir.
Xeyrunnisa Xanış xanım (ö. 12 mart 1564) - 1537-ci ildə Seyyid Nurəddin Nemətullah Baqi Yəzdi ilə evlənmiş, övladları olmuşdur.
Şahzeynəb xanım (1519-1556) - Məhəmməd Şərəf xan Təkəli ilə evlənmişdir.
Firəngiz xanım (d. 1519).
Banui Dövran Bilqüszamani Mehinbanu xanım (1519 - 20 yanvar 1562) - Şahbəyim xanımın qızı. Evlənməmişdir.
? - Abdulla xan Ustaclı ilə evlənmişdir.


Tarix: 21.01.2015 / 13:29 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanlı sülalələr
loading...