Həyatı
Darab mirzə Şahrux mirzə oğlu 9 may1869-cu ildə Şuşa şəhərində andan olmuşdi. Mükəmməl ailə təhsili almışdı. Tiflis kadet korpusunda oxumuşdu.Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirmişdi.Orana da 1-ci dərəcə ilə tamamlamışdı.Hərbi xidmətə 1 sentyabr 1889-cu ildə başlamışdı.Zabitlərin atıcılıq məktəbinin kazak bölməsində hərbçilik sənətini tamam-kamal əxz etmişdi.15 avqust 1891-ci ildə xorunji rütbəsi almışdı.1 iyun 1895-ci ildə yüzbaşı (sotnik) rütbəsinə ucalmışdı.1 iyun 1903-cü ildə podyasavul rütbəsinə keçirilmişdi. 6 may 1906-cı ildə yasavul rütbəsinə layiq görülmüşdü. O, Birincı Dünya Müharibəsində iştirak etmişdi.Savaş zamanı qılınc yarası almışdı.
Darab mirzə Qovanlı-Qacar 2 aprel 1915-ci ildə qoşun starşinası təyin olunmuşdu. 7 iyul 1915-ci ildə Qafqazda fəaliyyət göstərən 3-cü xətt alayına dəyişilmişdi. 23 fevral 1917-ci ildə Kuban Kazak alayına göndərilmişdi. 5 oktyabr 1917-ci ildə polkovnik rütəsi almışdı.
Darab mirzə Əhməd şah Qacarın dəvəti ilə İrana getmişdi.1925-ci ildə Qacar sülaləsinin süqutundan sonra Rza şah Pəhləvi (1925-1941) tərəfindən tutulmuşdu. O, Tehran şəhərində vəfat edib.
Tarix: 19.01.2015 / 13:25 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanlı sülalələr