Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sufiyan döyüşü

Döyüş haqqında
XVII əsrin əvvəllərindən başlayaraq Səfəvi-Osmanlı müharibələri yanidən qızışdı. Hərbi əməliyyatlar fasilələrlə 1602-ci ildən 1639-cu ilə qədər davam etmişdir.

1603-cü ilin payızında I Şah Abbas Səfəvinin qoşunları Naxçıvan və İrəvanı ələ keçirir. O, bu yerlərin əhalisini İsfahana köçürür. Bununla onun məsədi türkələri ərzaq təminatından məhrum etmək idi.

1603-cü ilin yayında Şah Abbas 15 minlik qoşunla Təbrizə tərəf hərəkətə başlayır.

6 noyabr 1605-ci ildə Təbrizdən bir qədər aralı Sufiyan adlanan yerdə baş verən döyüşdə Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə edərək Təbrizi onlardan təmizləyir. 1606-cı ilin qışında Səfəvi qoşunları Qarabağ, Gəncə, və Tiflisi işğal etmək üçün yürüşə başlayır. Şahın qoçunları Gəncəni iki aya qədər mühasirədə saxlayırlar. Şəhərdə yarləşən Türk qarnizonu müqavimət göstərsə də qala divarları lağım və top atəşləri nəticəsində dağılır və qoşun şəhərə daxil olaraq oranı talan edirlər. Hətta Şah Abbasın əmri ilə şəhər əhalisi 1606-cı ildə Gəncə çayının sol sahilinə köçürülür. Az sonra Tiflis işğal olunur. Bakı və Dərbənddə isə əhali türk qarnizonuna qarşı üsyan qaldıraraq onları qovdular. İran qoşunıları Şamaxını da ələ keçirərək 2000-dən arrıq türk qoşununu məhv etdilər.


Tarix: 21.01.2015 / 13:54 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Azərbaycanlı sülalələr
loading...