Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Qacar - Kitabları

"Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" (rus, ingilis və Azərbaycan dillərində) "Qacarlar" "Köhnə Bakı" "Köhnə Şuşa" "Tiflis. Vorontsova 53, 55" "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz Qacar Leninqradda oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar. Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını "Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli" adlandırmışdır. Akademik bu kitabını ingilis dilinə tərcümə etmişdir.

O, fizikanın sahələri və tarixinə aid Azərbaycan, rus və ingilis dillərində yazılmış on monoqrafiyanın müəllifidir. Ç.Qacar Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi “Azərbaycan İrs” jurnalının redaktorlarından biridir.

Ç.O.Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Hazırda akademik AMEA Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəridir.

Əliqulu mirzə Qovanlı-Qacarın nəvəsidir.


Tarix: 19.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 76 Bölmə: Azərbaycanlı sülalələr
loading...