İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı.
Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503-1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu.
Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq. "Yüksək divan" üzərində nəzarət Qazi Cahan Qəzviniyə etibar edilmiş, sonra isə hicri 931 (1524-1525)-ci ildə vəkil və əmir əl-üməra Div sultan Rumlutərəfindən vəzifəsindən kənar edilmiş, qalaya salınmışdılar. Onun yerinə Mir Cəfər Savəci təyin olundu. Div Sultanın vəziri Ağa Molla Qəzvini, Çuxa sultan Təkəlinin vəziri Xacə Arux (ehtimal ki, Oruc) Savəci kimi ona da hər gün irili-xırdalı bütün işlər barədə Div Sultana, Köpək Sultana və Çuxa Sultana məlumat çatdırmaq əmr edilmişdi34. Güman etmək olar ki, bu, Div Sultanın ustaclı əyanları ilə münasibətləri açıq şəkildə pozulana qədər, 1525-ci ilin bir neçə ayı ərzində dövləti idarə etmiş əmirlər üçlüyünə öz tövsiyələrini hazırlamaq məqsədilə təsis edilmiş üçvəzirin şurası idi. Ağa Mollanın sonrakı fəaliyyəti barədə bizim məlumatımız yoxdur. Lakin əlimizdə məlumatlar vardır ki, Mir Cəfər Savəci və Xacə Arux (yaxud Oruc) bərabər hüquqla birlikdə hicri 938 (1531-1532)-ci ilədək vəzir vəzifəsini tutumuşlar. Həmin ildə Hüseyn xan Şamlı vəkil vəzifəsini zorla ələ keçirmiş, ilk növbədə hər iki vəziri həbs etmiş, 2onların topladıqları çoxlu əmlak və pulları əllərindən almışdı. Çünki 10 ilə yaxın İraqın, Azərbaycanın, Farsın və Xorasanın bütün əmlak və pul işləri bu iki şəxsin əlindən gəlib keçmişdi". Mir Cəfər Savəci edam edildi, Xacə Arux isə işgəncələr nəticəsində öldü35. Hüseyn xanın məmurlarından biri – Əhməd bəy Nur Kamal İsfahani divan-i əla vəziri oldu.
Hicri 940 (1533-1534)-cı ildə Hüseyn xan Şamlının edam edilməsi ilə əlaqədar olaraq Əhməd bəy Nur Kamal vəzifəsindən kənar edildi. Onun əmlakı müsadirə olundu, özünə isə vergi yığanlar (mühəssilan) əzab verdilər. O, Əlincək (Əlincəqala) qalasına salındı, lakin sonra azad edildi. Onun yerində isə Xacə Sədəddin İnayətulla Xuzani əyləşdi38. Xuzani bu vəzifəni bir müddət hicri 942 (1535-1536)-cı ildə yenidən vəzifəsini yerinə yetirməyə başlamış Qazi Cahan Qəzvini ilə birgə tutdu. Lakin Qazi Cahan isə Sədəddin ilə bir yerdə işləyə bilmədi. Sədəddin daim Qazi Cahanı ləkələməyə və rüsvay etməyə cəhd göstərirdi.
Sədəddin hicri 942 /1535)-ci ildə edam edildi. Bundan sonra Qazi Cahan vəzifədə tək qaldı və hicri 957 (1550-1551)-ci ilədək öz vəzifəsini icra etdi. O, ixtiyar yaşında, hicri 960 (1552-1553)-cı ildə Qəzvində vəfat etdi. Bizə elə gəlir ki, vəzir vəzifəsində Qazi Cahanın xələfi Məsum bəy Səfəvi olmuşdur. Onun barəsində ilk dəfə "Əhsən ət-təvarix"də hicri 953 (1546-1547)-cü ildə Ərdəbil mütəvəllisi kimi məlumat verilir. O, həmin ildə adlı-sanlı əmirlər sırasında şahın qiyamçı qardaşı Əlqas Mirzə ilə danışıqlar aparmaq üçün Şirvana göndərilmişdi41. Məsum bəy hicri 958 (1551-1552)-ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq etmişdi. Şahın əyanı, "vəkalət-i şah-i din-pənah"vəzifəsini tutan Məsum bəyin adı ilk dəfə hicri 967 (1559-1560)43-ci ildə, yəni Qazi Cahan vəzir vəzifəsindən kənar olunduqdan 10 il sonra çəkilir. Bu müddətdə digərşəxslərin vəzir (yaxud vəkil) vəzifəsini tutmuş olduğunu bilmirik.
Məsum bəy lələ kimi şahın sevimli oğlu Heydər mirzəyə təhkim olunmuşdu. İskəndər bəy Münşi göstərir ki, Məsum bəy Səfəvi "divan əmiri olub ali vəzarət vəzifəsinə yüksəldilmişdi" və şahdan daim rəğbət görürdü45. "Tarix-i aləm aray-i Abbasi"də əvvəlcə qorçibaşı Sevindik bəy Əfşarın vəziri, "bir müddət keçdikdən sonra isə divan vəziri olmuş" bir şəxsin – Mirzə bəy Əbhərinin adı çəkilir46. Ehtimal etmək olar ki, elə Mirzə bəy də Qazi Cahanın bilavasitə xələfi olmuş, vəzir vəzifəsini davam etmişdi. Şərəf xan Bidlisi göstərir ki, Məsum bəy Səfəvi hicri 976 (1568- 1569)-cı ildə vəzir vəzifəsindən imtina etmiş və bu vəzifə Əmir Seyid Şərif Saniyə verilmişdi47. Iskəndər bəy Münşi xəbər verir ki, Məsum bəy Səfəvinin istefasından sonra "bir neçə il ərzində vəzarət müstəqil vəzirdən məhrum olmuşdu".
Hicri 981 (1573-1574)-ci ildə şah 2vəzarət-i divan-i əla" vəzifəsini Xacə Cəmaləddin Əli Təbrizi ilə birgə Seyid Həsən Fərəhaniyə vermişdi. Onlardan hər birinə 500 Təbriz tüməni məbləğində məvacib (mərsum) müəyyən edilmişdi. Budaq Qəzvini əlavə olaraq bildirir ki, "Xorasan, Gilan, İraq, Fars və Kirman Seyid Həsənin, "Azərbaycan Şirvan və Şəki Cəmaləddin səlahiyyətinə Əlinin tabeliyinə verilmişdi. Lakin bir ildən sonra şah onları işdən kənar etdi".
"Vəzarət-i divan-i əla"ya sonrakı ildə təyinat II Şah İsmayılın dövründə hicri 984 (1576)-cü ildə mustoufilik edən Mirzə Şükrulla İsfahaninin simasında olmuşdur51. Lakin şah ondan narazı idi və tezliklə onu işdən kənar edib, Mirzə Salman Cabiri İsfahanini vəzir təyin etdi. Şah "onun ləyaqət və mənsəb dərəcəsini zirvəyə qədər ucaltdı və tapşırdı ki, o, yüksək əmirlərdən heç birisinin qarşısında baş əyməsin"52. Yeni şahın – Məhəmməd Xudabəndənin dövründə Mirzə Salman "Yüksək divanın" vəziri vəzifəsini tutmaqda davam etdi. Ona hətta "Etimad əddövlə" ("Dövlətin etimadı") fəxri adı verildi53. Yuxarıda deyildiyi kimi, o, hicri 991 (1583)-ci ildə qızılbaş əyanlarının sui-qəsdi nəticəsində öldürüldü.
I Şah Abbasa qədər vəzir vəzifəsi sırf mülki vəzifə olmuşdur. O, divanın gəlirinə, habelə bütün əyalətlərdən xəzinəyə daxil olan məbləğlərə və digər "büyutat"a nəzarət edirdi.
Tarix: 21.01.2015 / 14:41 Müəllif: Feriska Baxılıb: 136 Bölmə: Azərbaycanlı sülalələr