Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İranda əfqan hakimiyəti - Qiyamın səbəbləri

17-ci əsrin sonu 18ci əsrin əvvəllərində bütün Səfəvilər İmperiyası ərazisində feodal istismarın güclənməsi ilə əlaqədar olaraq bütün ölkəni xalq etirazları və üsyanlar dalğası bürüdü. Əfqanların ən nüfuzlu və güclü tayfası olan gilzaylar 1698 – 99-cü illərdə Qəndəhar hakimi Abdulla xanın əvəz olunması xahişi ilə şaha müraciyət etdilər. Müraciyət cavabsız qaldı. Onda qilzaylar - yenədə uğursuz olaraq - Kabilun moğol valisinə müraciyət etdilər.

1704-cü ildə Qəndəhar ərazisinə bəluclar soxuldu. Onlar kəndləri yağmaladılar və Səfəvilərin onların yatırılması üçün göndərdikləri dəstəni darmadağın etdilər. Sağ qalanlar, yerli əhalinin qisasından qaçaraq Qəndəharın güclü istehkamlarının müdafiyəsinə sığındılar. İşlərin belə gedişi İsfahan sarayını narahat etməyə başladı, və bir az bundan əvvəl Kirmanda bəluclara qarşı özünü yaxşı tərəfdən göstərən şah sərkərdəsi Qurqen xan göndərildi. Dəşti-Lüt səhrasının kənarı ilə keçən qısa yolla o Qəndahara gəldi və burada sərt şəkildə qilzayları yatırmağa çalışdı. Onlar, onlara qohum olmayan çoxlu yerli əhali də qoşulan üsyanla cavab verdilər. Bu üsyana, Hindistanla ticarətdən varlanan kələntər Mir Veys xan Hotaki başçılıq etdi. Qurqen xan böyük səylər nəticəsində üsyanı yatıra bildi.

Mir Veys İsfahandan qatı üsyançı kimi sürgün edildi, lakin rüşvət və hədiyələrlə səfəvi hakimlərini özünün suçsuz olması fikrini, eləcə də Qurqen xana qarşı şübhə oyada bildi. Qurqen xan neofit gürcü olduğuna görə sarayda buna inanan tapıdlı. Şah hətta Mir Veysin həcc ziyarətinə getməsində ona yardım etdi. Mir Veys isə Məkkədə müsəlman alimlərindən sünnü-əfqanların şiə-səfəvilərə qarşı mübarizəsi üçün fətva aldı. Qəndəhara qayıdaraq o özünə tərəfdarlar toplamağa başladı. 1709-cu ildə Qurqen xanın səhlənkarlığından yararlanan Mir Veys ona hücum etdi və öldürdü[1].

Şahın Mir Veysə danışmaq cəhdi baş tutmadı. O İsfahan vasitəçilərini zindana salırdı. Qəndahara Qurgen xanın qohumunun komandanlığı altında 12 minlik qızılbaş qoşunu göndərildi, lakin onlara qilzaylarla düşmənçilik edən əfqan tayfalarının köməyinə baxmayaraq, şəhərin uğursuz mühasirəsi nəticəsində 1711-ci ilin sonunda darmadağın edildi.


Tarix: 21.01.2015 / 16:02 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycanlı sülalələr
loading...