Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvilərin Şimali Qafqaz iddiaları. Tərki şamxalı Surxay

Dağıstanın qumuq feodalları Səfəvilərin hakimiyəti altındaydı. Ən iri mülklər, hakimləri Buynak məlikləri titulu, eyni zamanda Dağıstan valisi vəzifəsi daşıyan və bir müddət Dərbənd xanı olan Tərki şamxallarına aid idi. Qumuqların başqa vacib mülkü Əndərəy şamxallığı idi. 17-ci əsrin əvvəlində o Tərki şamxallığından ayrıldı. 1650-ci illərdə orada "Əndərəyli məlik" murza Kazan-Alp hakim idi. Dərbəndin şimal-şərqində Qaytaq usmiliyi vardı. 1645-ci ildə II Abbas oradan Rusiyaya loyal Rüstəm xanı qovur və Əmirxan Sultanı Qaytaq hakimi təyin edir.


Tarix: 21.01.2015 / 14:35 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycanlı sülalələr
loading...