1639-ci ildə Səfəvi-Osmanlı müharibəsi (1623-1639) qurtardı. Bu iki dövlətin Qafqazda təsir dairələrini müəyyən edən Qəsri-Şirin sülh müqaviləsi bağlandı. Yeni şəraitdə Səfəvilər Dərbənddən Sunjaya qədər, Osmanlılar və Krım xanları isə Qara dənizdən Kabardaya qədər öz hakimiyətlərini yaymaq istəyirdilər. Şimali Qafqazda Səfəvilərin maraqları qaçılmaz olaraq Rusiya ilə toqquşurdu. Şah II Abbas hakimiyətinin əvvəlində Rusiya ilə dinc münasibətlər saxlayırdı, lakin rusların Şimali Qafqazda işğalçı planları onun Rusiyaya qarşı münasibətini dəyişdi. Mübahisənin başlamasına 1650-ci ildə kazak quldurlarının Kabardaya gedən şirvanlı və dağıstanlı tacirlərin karvanına basqını oldu. Şirvan bəylərbəyi şamaxılı Xosrov xan çox narazı qalmışdı, çünki Xosrov xanın mülkiyəti də yağmalanmışdı. Ruslar bəhanə etdilər ki karvanın keçməsi üçün Terek(voyevoda) sərdarlarından icazə alınmamışdı, buna görə kazaklar ona hucum etmişdi. Şamaxı bəylərbəyi Həştərxan sərdarını kazakları dəstəkləməkdə suçladı və ondan təzminat tələb etdi. Xan məktubunda yazdı ki, əgər ruslar özləri qurldurlarla bacarmırlarsa, onda o bir ayın içində onların kökünü kəsməyə hazırdır və lazım gəlsə Terek şəhərciyini və Həştərxanı yerlə bir edər. Hərbi əməliyatların birbaşa səbəbi Sunja istehkamının tikilməsi oldu. Rusların qala tikintisi Səfəvilərin Dağıstanda öz hakimiyətini bərpa etməyə əngəl olurdu. Sunja istehkamında məskunlaşan braqunlular rusların himayəsi altında Səfəvilərin karvanlarına hucum edirdilər və hər imkanda onları narahat edib məntəqədən sıxışdırmaq məqsədi güdürdülər.
Tarix: 21.01.2015 / 14:36 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Azərbaycanlı sülalələr