Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl mirzə Qovanlı-Qacar

Həyatı
İsmayıl mirzə Bəhram mirzə oğlu Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Xoyun hakimi olmuşdu. Sonra Nasirəddin şahın fərmanı ilə İsfahan əyalətinin Kəmrah, Xansar və Gülpayaqan mahallarına hakim göndərilmişdi. Ona göstərdiyi xidmətlərə görə general rütbəsi verilmişdi. 1861-ci ildə Kaşan əyalətinə vali təyin edilmişdi. Mirzə Hüseyn xan Qəzvinin baş nazirliyinin əvvələrində vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə Mirzə Fərrux xan Qaffari təyin edildi. Mirzə Hüseyn xan Sipəhsaların baş nazirliyi dönəmində o, vəzifə üzü görmədi. Onun işdən çıxarılmasından sonra Xorasanda vəzifə tutdu. İsmayıl mirzə 1869-cu ildə atasının Lurestan və Xuzistan valisi təyin edilməsi səbəbilə həmin əyalətlərə müavin vəzifəsinə göndərildi. O, 1871-ci ildə Tehrana dəvət edilib, Məcdüddövlənin yerinə təyin edildi. İkinci dəfə Kaşanı idarə etdiyi dövrdə saray tərəfindən cəzalandırıldı. Səbəb kimi peşkəşbazlığı göstərildi.

İsmayıl mirzə qurucu bər şəxsiyyət idi. O, Tehran şəhərində Müəzzəddövlə məscidini tikdirmişdi.

İsmayıl mirzə 1900-cü ildə vəfat edib.


Tarix: 19.01.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanlı sülalələr
loading...