Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəki xanlığı - Sinfi tərkib

1.Bəylər-bəyimlər və ağalar (onlar əsasən şəhərdə və mahalların inzibati mərkəzləri olan kəndlərdə yaşayırdılar. Onların özlərinə məxsus 5-10 ailəlik kiçik kəndləri də ola bilirdi və bu halda həmin kəndlərin vergisi və töycüsü onlara çatırdı; 1824-cü il siyahıyaalınmasında bəylərin sayı 276 nəfər olmuşdur. Ən çox bəy isə Bum kəndində (61 nəfər)və Nuxa şəhərində (50 nəfər) qeydə alınmışdı. Bəyimlərin sayı barədə məlumat yoxdur. "Ağa" - xanzadələrin, yəni xan evladlarının daşıdığı titul idi. Məsələn, Kərim ağa Fətəli xanın oğlu olub, Tuti ağa isə Məhəmmədhəsən xanın qızı idi.
2.Ruhanilər (mollalar, əfəndilər, keşişlər – onlar vergi və töycüdən azad idilər).
3.Maaflar (onların torpağı var idi, əkib-becərirdilər, vergi və töycüdən azad idilər, onlar öz pulları ilə silah almalı və müharibə zamanı xanın ordusunda olmalı idilər; Şəki xanlığında maafların sayı 500-dən çox idi, ən çox maaf isə Bum kəndində (149), Qutqaşın kəndində (133) və Xaçmaz kəndində (65) yaşayırdı).
4.Ticarət əhli (onlar iki kateqoriyaya ayrılırdı: tacirlərə və dəllallara, onların ailələri şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Məslən, Nuxa şəhərində 150-dən çox tacir və 1300-dən çox dəllal yaşayırdı).
5.Sənətkarlar (onlar yalnız kəndlərdə yaşayırdılar və istehsal elədikləri məhsulu şəhərdə satırdılar).
6.Rəncbərlər (onların torpağı olmurdu, əsasən xana, yaxud hansısa feodala məxsus torpaqlarda işləyirdilər. Toxum və əmək alətləri torpaq sahibi tərəfindən verilirdi, yetişdirdikləri məhsulun 50% isə onlara qalırdı).
7.Torpağı olan azad kəndlilər (onlar nağd pul şəklində olan töycü ilə birlikdə, yetişdirdikləri məhsulun bir hissəsini də xana verirdilər).
8.Sərhədçilər (Şin, Daşağıl, Filfili və bəzi sərhəd kəndlərində yaşayan ləzgilər vaxtilə Şəki xanı tərəfindən Dağıstandan, yaxud Qubadan köçürülmüşdür, onların məskulaşdıqları kəndlər Dağıstana gedən dağ yollarının üstündə idi, onlar həmin yolları qorumalı, həmin yolarla Dağıstandan edilən basqınların qarşısını almalı idilər və buna görə də vergi və töycüdən azad edilmişdilər ).


Tarix: 13.01.2015 / 13:57 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycan xanlıqları
loading...