Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeddigünbəz türbələr kompleksi

Şamaxı qəbristanlığındakı Yeddigümbəz türbələr kompleksi XVIII əsrin əvvəllərinə aiddir.Hal-hazırda türbələrdən yalnız üçü tam salamat qalmışdır.Digərlərinin bəzilərinin gümbəzləri uçmuş,bəzilərinin divarı dağılmışdır.Türbələrin axırıncısı Şamaxı xanı Mustafa xanın ailəsi üçün tikilmişdir.

Türbələrdən birinin üzərindəki kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılmışdır.Həmin türbənin üzərində onu tikən memarın adı da var.Kitabədə memar özünü ustad Tağı adlandırır.

Yeddigümbəz türbələri Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir.Lakin burada türbələrin yuxarı hissəsi piramida şəkilli çadıvari gümbəzlə deyil,adi gümbəzlə örtülmüşdür.


Tarix: 13.01.2015 / 13:31 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Azərbaycan xanlıqları
loading...