Tariyel Abdullayev
Haqqında
1949-cu ildə Şəmkir rayonunun Qaranüy kəndində anadan olub. 4 nömrəli tikinti idarəsində rəngsaz işləyib. İki övladı qalıb. Bəhruz və Firuz.
Şəhid olması
XI Qızıl ordu meydanında güllə dəyib. Xəstəxanaya aparılarkən maşın yenidən atəşə tutulub və aşıb. Xəstəxanada 4 saat əməliyyat stolunda olub. İşıqlar keçib. Şam işığında əməliyyat davam etdirilib. İkinci dəfə yanvarın 22-də cərrahiyyə əməliyyatı aparılıb. Bunun da xeyri olmayıb. Yanvarın 27-də canını tapşırıb. Şəhidlər xiyabanında dəfn edilib.
Ünvan
Bakı, 5-ci mikrorayon, Tağızadə küçəsi, ev 38, mənzil 14.
Tarix: 27.01.2015 / 12:59 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanın müharibələri
loading...