Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Uca Allahın: “Ayələrimizi inkar edəni gördünmü?” ayəsi)

Xəbbab (r.a) belə rəvayət edir: “Əl-As ibn Valinin mənə borcu var idi. Mən gəlib ondan borcumu istədikdə, o, dedi: “Muhəmmədə küfr etməyənə qədər sənin borcunu ödəməyəcəyəm!” Mən ona: “Allah səni öldürüb sonra diriltməyincə mən ona küfr etmərəm!” (Yəni, mən heç vaxt küfr etməyəcəyəm) dedikdə, o: “Mən öldükdən sonra diriləcəyəm? Onda mən malıma və övladıma qayıtdıqda borcumu ödəyəcəyəm!” dedi. Və Uca Allah: “Ayələrimizi inkar edib, “(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” deyən adamı gördünmü?” ayəsindən, “Hüzurumuza tək-tənha gələcəkdir” (“Məryəm” / 77-80) ayəsinə kimi nazil etdi.”


Tarix: 24.04.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Ayeler
loading...