Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnzar ayəsi

İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir ki insan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər.[1] inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir.Mündəricat
1 Yazı və tərcüməsi
2 Təfsir(açıqlama)
3 Həmçinin bax
4 Xarici keçidlər
5 İstinadlar


Yazı və tərcüməsi

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ[2]


az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır!

Təfsir(açıqlama)

Sünnü baxışı:

Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yanlız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar.[3][4] bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir.[5]

Şiə Baxışı:

Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.


Tarix: 26.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Ayeler
loading...