Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təthir ayəsi

Təthir ayəsi, Əhzab surəsinin 33-cü ayəsidir. Təthir (ərəb. تطهیر ‎‎) ərəbcədə paklamaq və təmizləmək mənasını verir.Mündəricat
1 Ayənin mətni
2 Adının məşhurluq səbəbi
3 Əhli beyt kimlərdir?
4 Qaynaqlar
5 İstinadlar


Ayənin mətni

«وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا»


Tərcümə:

Öz evlərinizdə qalın və cahiliyyət dönəmi kimi camaat içində görünməyin, namaz qılıb zəkatı verin, Allah və Rəsulunu itaət edin. Allah fəqət istəyir siz Əhli-Beyti pislik və günahdan üzaqladıb pak etsin.

Adının məşhurluq səbəbi

Bu ayə Təthir ayəsinə məşhurdur.[1]

Bu ayə Quranın şiə və sünnü müfəssirləri arasında mücadiləli və ixtilaflı ayələrindəndir. Şiələr ayənin mətni üzrə, şəni nizul və ona görə nəql olunmuş rivayətlərə dayanaraq onu beş nəfərlik əhlibeytin isməti(Günahsızlıq) və imamətinə nədən biliblər.[2][3] amma sünnülər ayənin ön və arxa sözlərinə dayanaraq şiə dediklərini qəbul etməyib peyğəmbərin zövcələrinidə Əhli-Beyt-dən sayıblar.[4]

Əhli beyt kimlərdir?
Əsas məqalə: Əhli-Beyt

Əhli-Beytin kimlər olduğuna görə üç baxış var:
Əkrəmə-dən nəql olunur: sonrakı və öncəki ayələrə istinad edərək deyir: Əhli-beytdən mənzur yanlız peyğəmbərin zövcələridirlər.[5] bu nəzərin rəddində deyilir: öncəki və sonrakı zəmirlərin hamısı müənnəsdir(Qadına işarə) və zəmir fəqət ayənin son bölməsində dəyişilib, müzəkkər şəklində bəyan edilibdir. əgər söz peyğəmbər zövcələrindən aparılsaydı zəmirdə dəyişikliyin səbəbi yoxidi. Bu baxış fəqət Əkrəmədən nəql edilib ki xəvaric və dinləri azmışlardan sayılır.[6]
İkinci baxış ki sünnülər arasında məşhurdur, belədir, Əhli-Beyt peyğəmbər zövcələrindən başqa Məhəmməd peyğəmbər , Əli, Fatimə, Həsən və Hüseynidə qapsayır.[7] onlar sözlərinin isbatı üçün ayələrin siyaqına(bağlamına) istinad etmişlər. Təthir ayəsinin sonrakı və öncəki ayələri peyğəmbər zövcələrinə bağlıdırlar. bu istinad cavabında deyiblər: ayələrin indiki düzülməsi, ayələrin nizulu ilə bir olmadığı üçün siyaq bəhsi doğru nəzərə gəlmir. ondan sonra ayəyə baxışda görülür ki ayənin son qismində zəmir dəyişikliyi var və bu ayənin son bölməsində siyaq dəyişikliyi olmasını göstərir. zövcələrə bağlı olan siyaq itab və qınamayladır amma Təthir ayəsinin siyaqı tərif və övməylədir.[8]
üçüncü baxış şiə baxışıdır ki Əhli-beyti yanlız Məhəmməd peyğəmbər, Əli, Fatimə və övladları Həsən və Hüseyn-dilər və peyğəmbərin zövcələri onların içində deyillər. şiələrə görə Təthir ayəsi bu beş nəfərə görədir və çoxlu rivayət və nəqllərə dayanaraq Əhli-beyti bunlar bilirlər. amma zövcələr üçün heç kimsə əhli-beyt deməyibdir. bunun səbəbidə sünnü və şiə ravilərindən bu beş nəfərin Əhli-beyt olmasının nəql olunmasıdır.[9][10][11][12][13][14][15][16][17][18][19]

Əllamə Təbatəbai deyir:

Bizim heç bir dəlilimiz yoxdur ki «إنّما يُريدُاللّه»(Allah istəyir ki...) cümləsi bu ayəylə bir zamanda nazil olubdur bəlkə rivayətlər belə göstərir ki bu bölmə ayrı nazil olubdur. Quranın yığılması zaman bir birinin yanında yerləşdirilibdir.[20] Zövcələr üçün nazil olması bir rivayətdədə gəlməyibdir.[20]

Qaynaqlar

wikifeqh
Ərəbcə:
احقاق الحق
تفسير القرآن العظيم، ابن‏كثير
تفسير نمونه
جامع‏البيان عن تأويل آى القرآن
الدرّالمنثور فى التفسير بالمأثور
سبيل النّجاة فى تتمة المراجعات
سنن ترمذى
شواهد التنزيل
صحيح مسلم
الطبقات الكبرى
مجمع‏البيان فى تفسيرالقرآن
مسند احمد بن‏حنبل
المستدرك على الصحيحين
الميزان فى تفسير القرآن


Tarix: 26.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 344 Bölmə: Ayeler
loading...