Qardaşlıq ayəsi (ər:آیه اخوت)Uxuvvət ayəsi, Hucurat surəsinin onuncu ayəsidir ki onda islamın ən təməl və önəmli qaydalar və inanclarından biri yəni müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edibdir. habelə islam peyğəmbəri və əmisi oğlu Əli bin Əbu Talib arasında qardaşlığı bəyan edir.[1][2][3]Mündəricat
1 Yazı və tərcüməsi
2 Təfsiri
2.1 Sünni mənbələrində
2.2 Şiə mənbələrində
3 Həmçinin bax
4 Xarici keçidlər
5 İstinadlar
Yazı və tərcüməsi
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ[4]
az: Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan gorxun ümid ki Allahın rəhmətinə gələsiz.
en:The believers are but brethren, therefore make peace between your brethren and be careful of (your duty to) Allah that mercy may be had on you.
Təfsiri
Sünni mənbələrində
"İbni Ərəbi", "Əltəhrilül Tənvir" və "Təfsirül Quranül Əzim" kimi sünnü təfsirlərində bu ayəyə belə açıqlama gətiriblər ki, müsəlmanlar bir-birləri ilə birdilər və onların qəbilə, qohum, el və soyları onlara üstünlük gətirməz və üstünlüyü yanlız təqva[5] bəlli edər, qardaşlar arasında barış yaratmağın önəmliyi[6] və möminlərin qardaş olması bu təfsirlərdə keçibdir.[7]
Şiə mənbələrində
"Məcməül-Bəyan" və "Təfsiri Burhan"da bu ayə belə təfsir edilib: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Tarix: 26.02.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 376 Bölmə: Ayeler