İrina Konstantinovna Skobseva (rus.: Ирина Константиновна Скобцева) — Sovet və Rusiya aktrisası.
Həyatı
İrina Konstantinovna Skobseva 22 avqust 1927-ci ildə Tula şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin sənətşünaslıq fakültəsinə daxil olmuşdur. Moskva Dövlət Universitetində təhsil aldığı illərdə tələbə teatrında müxtəlif rollar oynamışdır. Universiteti bitirdikdən sonra "MXAT" məktəb-studiyasına daxil olur və A.M. Qarayevin kursunda təhsil alır.
İrina Skobsevanın kinoda debütü 1955-ci ildə Sergey Yutkeviçin çəkdiyi məşhur "Otello" filmindəki Dezdemona obrazı olur. Bu ilk dəfə kinoya çəkilən bir aktrisa üçün çox uğurlu başlanğıc idi. 1957-ci ildə İrina Skobseva Kinoaktyor teatr-studiyasının aktrisası olmuşdur.
İrina Skobseva öz gələcək həyat yoldaşı Sergey Bondarçukla hələ tələbə ikən məktəb studiyasında tanış olmuşdu. Daha sonra onların hər ikisi "Otello" filmində baş rollara çəkilirlər. 1959-cu ildə isə Sergey Bondarçuk və İrina Skobseva ailə həyatı qururlar.
1971-ci ildən başlayaraq İrina Konstantinovna ÜDKİ-də Sergey Bondarçukun yaradıcılıq emalatxanasında aktyor sənətindən dərs deyir. İrina Skobseva 1965-ci ildə RSFSR-in əməkdar, 1974-cü ildə isə xalq artisti adına layiq görülmüşdür.
Filmoqrafiya
Otello (film, 1955)
Tarix: 23.02.2013 / 16:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Aktyorlar