Həyatı
Vaqif Şərifov 1960-ci ildən teatrda əmək fəaliyyətinə başlamış, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışmışdır.
Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İçtimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay gynləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləmişdi. Azərbaycan teatrlarında 80-dən artıq quruluşu olmuşdur.
Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür.
"Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatı almışdır. 2011-ci ildə "Aspoliqraf" nəşriyyatı tərəfindən Vaqif Şərifovun və onun həyat yoldaşı, Azərbaycanın əməkdar artisti, mərhum aktrisa Simuzər Namazovanın həyat və yaradıçılığından bəhs edən teatrşünas Anar Bürcəliyevin "Qoşa qanad" adlı kitabı nəşr edilmişdir.
Filmoqrafiya
Adam ol! (film, 2005)(tammetrajlı bədii film)-quruluşçu rejissor
Aşiqlər (film, 2008)
Cavad xan (film, 2009)
Tarix: 05.02.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Aktyorlar