Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıl Əfəndiyev

İsmayıl Mahmud oğlu Əfəndiyev (1910, Şamaxı-30 may, 1967, Bakı) — aktyor, rejissor, Azәrbaycanın әmәkdar incəsənət xadimi (1943). Azәrbaycanın ilk peşәkar kino aktyorlarındandır. "Sәbuhi", "Fәtәli xan", "O olmasın, bu olsun" vә s. filmlәrdә çәkilmişdir. "Arşın mal alan" (1945) filmindәki Süleyman obrazı İsmayıl Əfəndiyevin әn yaxşı rollarındandır.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Xarici keçidlər
5 Həmçinin bax


Həyatı

İsmayıl Əfəndiyev əsilli-köklü şamaxılı olsa da, 1910-cu ildə Göyçayda dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra, 1939-cu ildə kinostudiyada işə qəbul olunur. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışır. 1935-ci ildə rejissor A.M.Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında çəkilib, aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi "Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara Daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. "Arşın mal alan"da Süleyman, "Fətəli xan"da Həmzə və "O olmasın, bu olsun"da Həsənqulu bəy filmləri aktyora şöhrət qazandırıb. Bundan başqa İ. Əfəndiyev "Bəxtiyar" bədii filmində II rejissor işləyib, Ş.Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə quruluş verib. O, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib[1].

O, 1946-cı ildə Təbrizə gedir və bir neçə tamaşanı səhnəyə qoyur.

1967-ci ildə vəfat edib.

Filmoqrafiya
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(arxiv kadrlar)("Məhəbbət oyunu" filmində)
Alagöz yaylağında (film, 1955)
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Arazın o tayında (film, 1947)
Arşın mal alan (film, 1945)
Azərbaycan atları (film, 1953)
Azərbaycan kolxozçusu, tank briqadası yaradaq! (film, 1942)
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəxtiyar (film, 1955)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Əmanət kassası (film, 1950)
Əmək və qızılgül (film, 1962)
Əsl dost (film, 1959)
Fətəli xan (film, 1947)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
İnsan məskən salır (film, 1967)
Kölgələr sürünür (film, 1958)
Qara daşlar (film, 1956)
Qızmar günəş altında (film, 1957)
Qüdsi (film, 2007)
Mavi dənizin sahilində (film, 1936)
Məhəbbət oyunu (film, 1935)
Məktuba cavab (film, 1944)
Nağılların Dərbəndi (film, 2006)
O olmasın, bu olsun (film, 1956)
Ordenli Azərbaycan №30-31. Xüsusi buraxılış (film, 1942)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Səbuhi (film, 1941)
Sovqat (film, 1942)
Ulduz (film, 1964)
Üzeyir ömrü (film, 1981)
Vətən oğlu (film, 1941)
Yeni horizont (film, 1940)


Tarix: 06.02.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Aktyorlar
loading...