Rejissor. Aktyor
Həyatı
Bəhram Məcid oğlu Osmanov 1985-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B.Osmanov T.Uilyamsın "Şüşə heyvanxana", B.Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y.O’Nilin "Qarağaclar altında məhəbbət", V.Babanlının "Ana intiqamı", Ə.Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C.Cabbarlının "Ədirnə fəthi", U.Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R.Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H.İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli vermişdir. İstedadlı rejissor B.Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V.Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R.Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A.Tammsaars), "Günahsız müqəssirlər" (A.Ostrovski), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə.Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A.Çexov), "Bəyaz gecələr" (F.Dostoyevski), "Yurd yeri" (E.Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olmuşdur. Əməkdar incəsənət xadimidir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
Lal (film, 1992)
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-rol: Zərbəli, falçı, kərbəlayi
Mənim ağ şəhərim (film, 1994)
Yurd yeri (film, 1994)
Qu quşunun məhəbbəti (1995)
Yurd yeri (film, 1997)
Son arzu (film, 2003)
Tarix: 31.01.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Aktyorlar