Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqrar Salamov

İqrar Zakir oğlu Salamov - AktyorMündəricat
1 Həyatı
2 Əsas rolları
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

İqrar Zakir oğlu Salamov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsini bitirib.

1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor işləmişdir.

1996-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Əsas rolları

Dursunəli ("Ayının min bir oyunu", Sultanməcid Qənizadə), həkim ("Marqaritka", Arman Salakru), Bəşir ("Gözəlləri necə qaçırırlar", Bilal Appayev), Vəzir ("Xəlifə Leylək", Vilhelm Qauf), Məstəli şah ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", Mirzə Fətəli Axundov). Balaxan ("Aydın", Cəfər Cabbarlı), Dəli və Müstəntiq ("Ağıllı adam", Firuz Mustafa), II Aktyor ("Əyri oturaq, düz danışaq", Üzeyir Hacıbəyov), Qara ("Sən Qara deyilsən", Əziz Nesin), İsgəndər Abışov ("Şuşa dağlarını duman bürüyüb", Elçin), Şandor Siv ("Sehirli kreslo", Fridyeş Karinti), Dəli Cəbiş ("Pənah evi", Ələmdar Quluzadə), Şadi bəy ("Bayramın birinci günü", Nazim Hikmət), Firudin bəy ("Millət dostları", Əbdürrəhim bəy Haqverdiyev).

"Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada O, həm aktyor, həm də müğənni kimi çıxış edir.

1999-cu ildə keçirilən "Milli klassika" festivalında Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı dərviş Məstəli şah, 2000-ci ildə keçirilən Festivallar festivalında Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış "Əyri oturaq, düz danışaq" məzhəkəsində İkinci aktyor rolları ona böyük şöhrət gətirmişdir.

"Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
100000 AZN (film, 2009)(tammetrajlı bədii film)(İTV)
Azarkeş (2008)
Balqabaq (film, 2007)
Hərənin öz payı+tayı (film, 2006)p-Tamada
Kəndim+nizə qayıdın!? (film, 2007)
QAZ (film, 2005)
Qüdsi (film, 2007)
Müəmmalı yubiley (film, 2007)
Sirr (serial, 2012)
Sübhün səfiri (film, 2012)
Teatral həyat (film, 2009)
Yol yoldaşları (film, 2003)
Yoxlama (film, 2006)


Tarix: 05.02.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Aktyorlar
loading...