Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vidadi Həsənov

Vidadi Həsənov — Azərbaycan Respublikasının əməkdar artisti (2012).Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkillər
4 Həmçinin bax


Həyatı

Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildıə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.

Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.

Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə 2009-cu ildə Tiflis,2010-cu ildə Moskvada ssenaristlər kursunu keçıərək beynəlxalq sertifikat alıb. Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə 2011-ci ildə Almata şəhərində keçirilən tələbələrin I beynəlxlaq teatr festivalında rəhbəri olduğu kursun tələbələri "Qran-pri" mükafatı alıb. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

Teatrda rolları:
N.Gəncəvi "Bişir və Məlixa" - Bişir (Gəncə Dövlət Dram Teatrı)
M.Şatrov "Göy otlar üstündə qırmızı atlar"-Matros (GDDT)
S.Vurğun "Komsomol poeması"- Zalımoğlu (GDDT)
F.Şiller "Qaçaqlar"-Frans Moor (Tədris Teatrı)
Q.Qorin "Herostratı inudun" - Kleon (TT)
V.Şukşin "Diribaş adamlar" - Qaraşın (TT)
N.Şəhriyar "Salam"-Qırmızı paltarlı (Yuğ)
Kitabi Dədə Qorqud "Oğul" - Dəstəbaşı (Yuğ)
N.Gəncəvi "Açar" - Mürid (Yuğ)
A.P.Çexov "Albalı bağı"-Qayev (Yuğ)
V.Şekspir "Afinalı Timon" - Lyutsiy, Senator, Quldurbaşı (Aktyor Evi)

Rejissor işi:

R.Rövşən - "Dünya mənə tanış gəlir" (TT)
A.Şaiq- "Tıq-tıq xanım" (BŞUT)
Y.Səmədoğlu - "220 nömrəli otaq" (BŞUT)
Kitabi Dədə Qorqud - "Müqəddimə" (Yuğ)
R.Rövşən -"Bir qarış" (Yuğ)
C.X.Cəbran - "Sur" (Yuğ)
C.Məmmədquluzadə - "Məsəl ya əməl" (Yuğ)
M.Süleymanlı- "Köç"(Azradio)
M.Füzuli - "Həqiqətüs süəda" (Azradio)

Filmoqrafiya
Bəyin oğurlanması (film, 1986)-Musa
Burulğan (film, 1986)-Adil
Fatehlərin divanı (film, 1997)- Atilla
Hökmdarın taleyi (film, 2008)-Cavad xan
İşarəni dənizdən gözləyin (film, 1986)-Adyutant
Qala (film, 2008)-Əbil müəllim
Şeytan göz qabağında (film, 1987)-Brokonyer
Təxribat (film, 1990)-Polis mayoru
Yalan (film, 2006)- Yavər
Yuxu yaddaşı (film, 2008)
Yumruqlarla solo - Qarabəniz
Güruh-Meksikalı
Leyli və Məcnun-Leylinin atası
Çölçü- Ulu Çölçü
220 nömrəli otaq (ssenari müəllifi)
Qağayı (2012)


Tarix: 05.02.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Aktyorlar
loading...