Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalçın Səlimov

Həyatı

Səlimov Yalçın Üzeyir oğlu (01.07.1973) 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru şöbəsini bitirib.

1996-cı il yanvar ayının 25-dən hal-hazıradək Sumqayıt teatrında aktyor işləyir. Bu illər ərzində Y.Səlimov bir çox səhnə obrazları yarada bilmişdir. Onlardan: Dilmanc (C.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Jandarm ( M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Yeynək (F.Məhərrəmov "Oğuzlar"), Kərim ( Ə.M.Lələdağ "Tələ"), Köstəbək (G.Xuqayev " Bir köpək vardı"), Gülcamal ( M.İbrahimov "Yaxşı adam"), Mamedik (T. Vəlizadə "Mənim ağ göyərçinim"), Qarakişi (İ.Məlikzadə " Gəl qohum olaq"), Eynəkli ( Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), Polis (F.Mustafa "Əqrəb bürcü"), Rüstəm (N.Hikmət "Bayramın birinci günü"), Tarıevrdi (M.F.Axundov "Hekayəti xırs quldurbasan"), Pəltək (Ə.Qiyas "Cəhənnəm ekspresi"), Kasıb fermer (Y.Onil "Qarağaclar altında məhəbbət" Vasif (M.Haqverdiyev "Fədakarlıq)və s. göstərmək olar.


Tarix: 05.02.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: Aktyorlar
loading...