Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələsgər İbrahimov

Aktyor

Həyatı

Ələsgər İbrahimov 1942-ci ildə Bakıda anadan olub. İndiki Dövlət Neft Akademiyasında təhsil alıb. Oranı bitirdikdən sonra maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi idi. Bəlkə də "çörək ağacı" hesab etdiyi kinostudiyaya olan sevgi sonradan kino aləminə gəlişində də özünü büruzə verdi. Kinoya gəlişi isə təsadüfən olmuşdu. İçərişəhərdəki evlərində görkəmli kinorejissor Arif Babayevlə qonşu idilər. Ələsgər İbrahimovun yaraşıqlı siması vardı. Çinar kimi hündür boyu, enli kürəyi, gözəl sifət cizgiləri ona daha da çox yaraşıq verirdi. Çox vaxt onu məşhur fransız aktyoru Jan Mareyə bənzədirdilər. Bütün bu cəhətlər rejissor Arif Babayevi cəlb etmişdi. Və nəyin bahasına olursa-olsun, o, bu gənci mütləq filmə çəkəcəkdi. Çox keçmir ki, rejissor fikirləşdiklərini həyata keçirir. Kinostudiyaya gəlir və ilk filminin - "İnsan Məskən Salır"ın çəkilişlərinə başlayır. Və məhz Ramiz Allahverdiyev rolu ilə də Ələsgər kinoya debüt edir. Kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kinoaktyor kursuna getməyə başlayır. Amma əcal macal vermir. Ələsgər İbrahimov 37 yaşında tutulduğu xəstəlikdən dünyasını dəyişir.

Filmoqrafiya
Arxadan vurulan zərbə (film, 1977)
Bizi dağlarda axtarın (film, 1976)
Dvorjakın melodiyası (film, 1979)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
İnsan məskən salır (film, 1967)
Ömrün ilk saatı (film, 1973)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Yeddi oğul istərəm... (film, 1970)


Tarix: 06.02.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 473 Bölmə: Aktyorlar
loading...