Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nicat Kazımov

Kazımov Nicat Mirəziz oğlu — Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Quruluş verdiyi tamaşalar
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Nicat Kazımov 17 iyun 1972-ci ildə Dəvəçidə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-cı ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.

Evlidir, Mirsənan (1998) və Mirismayıl (2002) adında iki oğlu var.

Quruluş verdiyi tamaşalar
N.Kazımov. Tık-tık və Tuk-tuk (1996);
N.Kazımov. Сənnətin üç alması (1997);
N.Kazımov. Qırmızı papaq (1998);
S.Marşak. Кошкин дом (rus bölməsi) (1999);
N.Kazımov. Ələddinin sehirli çirağı (2000);
N.Gəncəvi. Xeyir və Şər (2001);
R.Rza. Ana qaz (2001);
M.Haqqverdiyev. Ah qadınlar, qadınlar (2002);
M.Haqverdiyev. О женшины, женшины (rus bölməsi) (2002);
N.Kazımov. Золушка (rus bölməsi) (2003);
Ə.B.Haqverdiyev. Pəri cadu (2007);
N.Kazımov. Cəkməli pişik (2008);
S.Marşak. Pişiyin evi (2009);
B.Marvin. Yatmış gözəl (2010);
Eduardo De Filippo. Kabuslar (Milli Akademik dram teatrı) (2011);
M.Vişnek. Qoca kloun (2012);
K.Ağabalayev, N.Kazımov. Hekayəti şahzadeyi Xəzər (2012).

Filmoqrafiya
Spasibo (film, 1998)
Mən sənin dayınam (film, 2001)
Cavanşir (film, 2002)
Bir anın həqiqəti (film, 2003)
Sonuncu şahid (film, 2004)
Qızlar (film, 2007)
Sirat körpüsü (film, 2007)
Daş atan (film, 2009)
Qağayı (film) (Polşa filmi)
Tahirənin intiqamı (serial)


Tarix: 03.02.2013 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Aktyorlar
loading...