Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhram Mansurov

Mansurov Bəhram Məşədi Süleyman bəy oğlu - tarzən, Azərbaycanın xalq artisti.Mündəricat
1 Həyatı
2 Adlar və mükafatlar
3 Filmoqrafiya
4 Şəkillər
5 Mənbə
6 Xarici keçidlər


Həyatı

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik bəy dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçı idi. Hər axşam İçərişəhərdəki evlərinin pəncərələrindən muğamların və xalq mahnılarının ecazkar, həzin melodiyaları dalğa-dalğa axıb bütün küçəyə yayılanda qonşuluqda yaşayan molla: "Allah sizə qənim olsun, bu evdə şeytan yuva salıb" - deyə qəzəblə lənət yağdırardı. O biri qonşular isə mollanın bu lənətinə gülərdilər. Çünki axşamlar Məşədi Məlk bəyin evində musiqi məclislərinin təşkil olunduğunu Bakıda hamı yaxşı bilirdi. Azərbaycanın bütün guşələrindən gələn muğam biliciləri, musiqiçilər, xanəndələr bu məclislərə toplaşardılar. Bu məclislərdən nəinki görkəmli musiqiçilər faydalanmış, həm də Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olmuş, onun şəninə şeirlər yazmışlar. Bu məclislər XIX əsrin ikinci yarısında (1863-cü ildən başlayaraq) bir növ "xalq konservatoriyası" rolunu oynayıb. Bu musiqi ocağı sonralar çoxları üçün bir həyat məktəbi olub.Evlərində çoxlu tar var idi. Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu sövq-təbii ilə başa düşər və "mənim tarıma kim toxunub? "- deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi. Onun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: "Mən hiss edirəm ki, sən tarı birdən-birə çalacaqsan. Sənə öyrətmək lazım deyil". Doğrudan da Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib.Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır.Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılmışdır. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir. Bəhram Mansurov Sadıqcandan sonra klassik azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır. 2011-ci il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbirləri keçirildi.

Məşədi Süleyman bəy Mansurovun oğulları Bəhram və Nadir Mansurovla
Məşədi Məlik bəy Mansurovun nəvəsidir.
Məşədi Süleyman bəy Mansurovun oğludur.
Tarzən Nadir Mansurovun qardaşıdır.
Bəstəkar Eldar Mansurovun atasıdır.
Tarzən Elxan Mansurovun atasıdır.
Kinooperator Aydın Mansurovun atasıdır.

Adlar və mükafatlar
Azərbaycan Əməkdar Artisti (1956)
Azərbaycan Xalq Artisti (1978)
"Şərəf Nişanı" Ordeni (1959)
"Şərəf Nişanı" Ordeni (1967)
"За оборону Кавказа" medalı (1944)
"За доблестный труд в Великой Отечественной Войне 1941-1945гг." medalı (1945)
"Тридцать лет победы в Великой Отечественной Войне 1941-1945гг." medalı (1975)
"Əmək veteranı" medalı (1976)
"Сорок лет победы в Великой Отечественной Войне 1941-1945гг." medalı (1985)

Filmoqrafiya
O olmasın, bu olsun (film, 1956)
Muğamlar (film, 1965)
Bəhram Mansurov (film, 1971)
Üzeyir ömrü (film, 1981)
Bakı bağları. Şüvəlan (film, 2007)


Tarix: 31.01.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 539 Bölmə: Aktyorlar
loading...