Həyatı
E.Məmmədov 1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində təhsil almışdır. 1996-1998-ci illərdə o, İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Burada o, Ş.Başbəyovun "Dəmir qadın" əsərində Alimcan, İ.Vəliyevin "Abasqulu Şadlinski"sində Komsomol, V.Əliyevin "Madam Badam"ında Dursunəli, Ağacəfər ağa, Ş.Cəbrayılovun "Sehrli alma"sında Ağanəzər kimi obrazlar yaratmışdır. Mədəniyyət və İncəsənət İnstitutunda təhsil aldığı illər ərzində E.Məmmədov teatrın repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, bir çox tamaşalarda müxtəlif rollarda oynamışdır. V.Rozovun "Şadlıq sorağında" əsərində Nikolay, N.Hikmətin "Kəllə" dramında Hoqqabaz, polis, B.Vahabzadənin "Dar ağacı"nda Ərəb zabiti, V.Şekspirin "Hamlet" faciəsində Marsel, C.Cabbarlının "Ulduz yaxud Ədirnə Fəthi" adlı tarixi dramında Ərəb, Elçinin "Poçt şöbəsində xəyal"ında Poçt işçisi kimi irili-xırdalı maraqlı obrazlar yaratmışdır. 2005-ci il fevral ayından Akademik Milli Dram Teatrında truppa müdiri vəzifəsində işləyir.
Filmoqrafiya
Yay gününün xəzan yarpaqları (film, 1986)
Qeybdən gələn səs (film, 2002)
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: bazarda satıcı
Yalan (film, 2006)
Tarix: 01.02.2013 / 19:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Aktyorlar