Ceyhun Mirzəyev - aktyor, rejissor, rejissor assistenti.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Xarici keçidlər
Həyatı
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. Özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırıldı. Ceyhun Mirzəyev 1994-cü ildə vəfat edib.
Milis işçisi Cəmil Mirzəyevin oğludur.
Filmoqrafiya
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Axırıncı aşırım (film, 1971)
Axtaran tapar (film, 1980)
Ay müştəri... (film, 1986)
Bakıda küləklər əsir (film, 1974)
Baş tutmayan ziyafət (film, 1981)
Bəxtəvər (film, 1984)
Bəyin oğurlanması (film, 1986)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir məktubun izi ilə (film, 1982)
Buxarlanan vədlər (film, 1980)
Çarə (film, 1981)
Cazibə qüvvəsi (film, 1964)
Cazibə qüvvəsi (film, 1985)
Çətin sual (film, 1979)
Damğa (film, 1984)
Daş münasibət (film, 1983)
Defisit qliserin (film, 1975)
Dəli Kür (film, 1969)
DHD (film, 1982)
Eksperiment (film, 1984)
Əlamət (film, 1982)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Əsl dost (film, 1959)
Fəryad (film, 1993)
Fırıldaqçı (film, 1983)
Görüş (film, 1955)
Gözdən uzaq... (film, 1985) (II)
Gözəyarı (film, 1984)
Hamıya! Hamıya!! Hamıya!!! (film, 1977)
Hansı peşə yaxşıdır (film, 1982)
Haray (film, 1989)
Heyvandarların gileyi (film, 1991)
İmtahan (film, 1982)
İntizam (film, 1983)
İşarəni dənizdən gözləyin (film, 1986)
İsrafçılıq (film, 1980)
İsrafçılıq (film, 1983)
İstintaq davam edir (film, 1966)
Keyfiyyət nişanı (film, 1974)
Kimə inanaq? (film, 1990)
Koroğlu (film, 1960)
Qanlı zəmi (film, 1985)
Qanun naminə (film, 1968)
Qara qağayı (film, 1962)
Qaş düzəldən yerdə... (film, 1980)
Qiymətli tüstü (film, 1978)
Qonşuya ümid olan... (film, 1990)
Qunduzdan söhbət açaq (film, 1976)
Quq-qulu-qu (film, 1992)
Lətifə (film, 1989)
Matteo Falkone (film, 1960)
Məntiqi sual (film, 1979)
Meşə xəlvət... (film, 1988)
"Mədəniyyət" № 1 (film, 1975)
"...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
Məsuliyyətsizlik (film, 1991)
Mükafat, yoxsa... (film, 1980)
Narazılıq (film, 1981)
Nəticə (film, 1991)
Növbənöv... (film, 1988)
Ögey ana (film, 1958)
Olan yerdən umarlar (film, 1991)
Orijinal üsul (film, 1983)
Örtülü bazar (film, 1984)
"Pərvanələr" (film, 1985)
Sabaha ümidlə baxanlar (film, 1991)
Səbəblərdən biri (film, 1978)
Səhər (veriliş, 1995)
Şərabçıyam, şərabçı (film, 1991)
Şərt (film, 1984)
Şikayətçilər... (film, 1987)
Sizdən hərəkət... (film, 1992)
Su niyə yoxdur? (film, 1983)
Taxtası və saxtası (film, 1982)
Təşəkkür (film, 1978)
Tətil (film, 1991)
Torpağa düşməsin havayı bir dən (film, 1983)
Vəssəlam-şüttəmam (film, 1990)
Xəbərdarlıq (film, 1985)
Xırdavat (film, 1982)
Yağışlı havalarda (film, 1982)
Yanlış da bir naxışdır (film, 1984)
Yenilməz batalyon (film, 1965)
Yol əhvalatı (film, 1980)
Tarix: 31.01.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 460 Bölmə: Aktyorlar